İranın cənub-şərqində onlarla xarici vətəndaş həbs edilib - FOTO

İranın cənub-şərqində onlarla xarici vətəndaş həbs edilib - FOTO

Hazırda oxunan: İranın cənub-şərqində onlarla xarici vətəndaş həbs edilib - FOTO

617183
İranın Əfqanıstan və Pakistan sərhədinə yaxın bölgələrində 199 nəfər həbs edilib.
 
“Azad İran” “Telegram” kanalı bu barədə Sistan və Bəlucistan əyalətinin Səravan sərhəd alayının komandiri Hüseyn Fərahaniyə istinadla məlumat verir.
 
O, saxlanılanların xarici vətəndaşlar olduğunu və ölkəyə qanunsuz girdikləri üçün həbs edildiklərini deyib.
 
Qeyd edək ki, bir neçə gün öncə İran sərhədçiləri 11 Əfqanıstan vətəndaşını güllələyiblər.
 
Son 11 ay ərzində isə İranda öldürülən yüzlərlə əfqandan 470-nin meyiti ölkələrinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO