Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirdiyi brifinqdə rəsmi İrəvanın "seçkilərdən sonra Moskva ilə münasibətləri qaydasına salmaq" vədinə kəskin istehza ilə cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Zaxarova vurğulayıb ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlər konyunkturadan (keçici siyasi vəziyyətdən) asılı deyil və Moskva bu əlaqələri Ermənistandakı seçki prosesləri ilə əlaqələndirmir.
Ermənistan rəhbərliyinin seçkilərdən sonraya eyham vuran bəyanatlarını tənqid edən XİN rəsmisi məşhur sovet cizgi filmindəki sitatla reallığı belə xarakterizə edib:
"Bu, məşhur ifadəyə bənzəyir: “Mən ona görə belə qəddar idim ki, velosipedim yox idi, indi velosipedim var, mehriban olacağam”. Gülməlidir. Bəs əvvəl nə mane olurdu?".
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:55 / 04.06.2026
Zaxarovadan İrəvanın vədinə istehzalı reaksiya: "Bəs əvvəl nə mane olurdu?" – VİDEO
Hazırda oxunan: Zaxarovadan İrəvanın vədinə istehzalı reaksiya: "Bəs əvvəl nə mane olurdu?" – VİDEO
Hazırda oxunan: Zaxarovadan İrəvanın vədinə istehzalı reaksiya: "Bəs əvvəl nə mane olurdu?" – VİDEO
617182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































