"TikTok"un təsisçisi Asiyanın ən varlı ikinci şəxsi oldu

"TikTok"un təsisçisi Asiyanın ən varlı ikinci şəxsi oldu

Hazırda oxunan: "TikTok"un təsisçisi Asiyanın ən varlı ikinci şəxsi oldu

616941

"TikTok" sosial şəbəkəsinin təsisçisi Canq İminq hindistanlı milyarder Mukeş Ambanini geridə qoyaraq Asiyanın ən zəngin iş adamları siyahısında ikinci pilləyə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə "Business Standard" qəzeti "Bloomberg Billionaires Index"in hesabatına istinadən məlumat yayıb.

Belə ki, Canq İminqin sərvəti 92,8 milyard dollara çatıb və bu göstərici onun Çinin ən varlı adamı statusunu daha da möhkəmləndirib. "TikTok"un sahibi olan "ByteDance" şirkətinin həmtəsisçisinin kapitalı 2019-cu ilin mart ayından bəri 7 dəfədən çox artıb.
 

Onun sərvətinin bu cür sürətli yüksəlişi qlobal video platformasının uğuru, eləcə də "ByteDance" tərəfindən süni intellekt əsasında hazırlanmış çoxfunksiyalı "Doubao" çat-botunun böyük populyarlıq qazanması ilə əlaqələndirilir.


"Capital Securities" şirkətinin analitiki Emi Lin mövzu ilə bağlı bildirib ki, maliyyə aktivlərinin kəskin artımı şirkətin güclü fundamental göstəricilərini və Çində "Doubao" kimi tətbiqlərin uğurunu əks etdirir.

Asiya və Dünya reytinqində son durum:

Mukeş Ambani 86,9 milyard dollar sərvətlə Asiya siyahısında 3-cü pilləyə geriləyib.

Asiyanın ən zəngin adamları siyahısına isə 117 milyard dollar kapitalla hindistanlı milyarder Qautam Adani başçılıq edir.

Dünyanın ən varlı şəxslərinin reytinqində isə liderlik yenə də amerikalı biznesmen İlon Maska məxsusdur. "Bloomberg"in rəqəmlərinə görə, onun sərvəti 726 milyard dollara çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO