Almaniyada 3 azyaşlı qızını girov götürən şəxs təslim oldu

Almaniyada 3 azyaşlı qızını girov götürən şəxs təslim oldu

Hazırda oxunan: Almaniyada 3 azyaşlı qızını girov götürən şəxs təslim oldu

616905

Almaniyanın Dortmund şəhərində polis əməkdaşına atəş açdıqdan sonra üç azyaşlı qızını girov götürərək mənzilə sığınan şəxs uzun sürən əməliyyatdan sonra təslim olub.

Bizim.Media “Bild” qəzetinə istinadla xəbər verir ki, Serbiya vətəndaşı olan şəxs ötən gecə restoranlardan birində iğtişaş törədib, ziyarətçiləri hədələyib və bibər qazından istifadə edib.

Daha sonra o, hadisə yerindən uzaqlaşıb.

Polis yardım çağırışı əsasında gəldikdə şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşına tapançadan atəş açıb. Güllə polis əməkdaşının qoruyucu jiletinə dəyib və nəticədə o, yüngül xəsarət alıb.

Bundan sonra həmin şəxs üç azyaşlı qızını mənzildə girov saxlayıb.

Xüsusi təyinatlı qüvvələr binanı mühasirəyə alaraq danışıqlara başlayıblar. Gecə saat 03:30 radələrində şübhəli şəxs polisə təslim olub və saxlanılıb.

Girov götürülən uşaqların vəziyyətinin yaxşı olduğu, onların polis nəzarətinə götürüldüyü bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO