"Hizbullah" İsrailin yaşayış məntəqələrini ATƏŞƏ TUTUR

"Hizbullah" İsrailin yaşayış məntəqələrini ATƏŞƏ TUTUR

Hazırda oxunan: "Hizbullah" İsrailin yaşayış məntəqələrini ATƏŞƏ TUTUR

616535

Livanın şiə "Hizbullah" hərəkatı səhər saatlarından etibarən İsrailin şimalındakı Qərbi Qalileyanın sərhədyanı bölgələrini yenidən raket atəşinə tutmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Livan ərazisindən buraxılan raket zərbələri səbəbindən İsrailin Adamit, Ərab əl-Aramşə, Ayalon və Yaara yaşayış məntəqələrində hava həyəcanı siqnalları işə düşüb.

Bundan əvvəl isə şiə döyüşçülərinin Yuxarı Qalileyada yerləşən Beyt-Hilel, Marqaliot və Metula yaşayış məntəqələrinə minaatanlardan atəş açdığı barədə məlumatlar daxil olub.
 

"Hizbullah"ın hərbi informasiya xidmətinin "Telegram" kanalında yayımlanan rəsmi bəyanatında qeyd olunub ki, ötən gün İslam Müqavimətinin dəstələri Livandakı işğalçı qüvvələrə qarşı 19 əməliyyat keçirib.


Bəyanatda vurğulanır: "Döyüşçülərimizin Dibbin, Zautar eş-Şərqiyə, Yohmur eş-Şkif, Əl-Bayyada və Əl-Qanduriyə kəndlərindəki mövqelərə etdiyi hücumlar zamanı düşmən canlı qüvvə və texnika baxımından itki verib".

Həmçinin bildirilir ki, Dibl rayonu yaxınlığında "Hizbullah"a məxsus pilotsuz uçuş aparatları (PUA) İsrail ordusunun iki ədəd "Namer" tipli zirehli transpartyorunu sıradan çıxarıb. Bununla yanaşı, İsrailə məxsus "Hermes 450" tipli kəşfiyyat PUA-sı da zenit raketi ilə vurularaq salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO