Türkiyədə Qara dəniz sahili qəhvəyi rəngə boyandı

Türkiyədə Qara dəniz sahili qəhvəyi rəngə boyandı

Hazırda oxunan: Türkiyədə Qara dəniz sahili qəhvəyi rəngə boyandı

616297

Türkiyə mətbuatının verdiyi məlumata görə, güclü yağışlardan sonra Türkiyədə Qara dəniz sahillərinin bəzi hissələrində suyun rəngi qəhvəyi rəngə boyanıb.

Bizim.Media "Habertürk" telekanalına istinadən xəbər verir ki, suyun rəngindəki dəyişiklik ölkənin şimal-şərqindəki Giresun vilayətində daha qabarıq şəkildə müşahidə olunub. Leysan yağışlardan sonra çaylar və dərələr dənizə külli miqdarda lil, torpaq və digər çöküntülər gətirib ki, bu da sahilyanı suların bulandırılmasına və rənginin dəyişməsinə səbəb olub.

Bu hadisə xüsusilə Batlama və Aksu çaylarının Qara dənizə töküldüyü ərazilərdə özünü büruzə verib. Yerli mətbuatın yaydığı kadrlarda sahildəki qəhvəyi çay suyu axınlarının dəniz suyu ilə necə qarışdığı görünür.

Türkiyə nəşrləri qeyd edir ki, analoji hadisələr güclü leysan yağışlarından sonra vaxtaşırı baş verir və dənizə böyük həcmdə asılı hissəciklərin axması ilə bağlıdır. Əvvəllər oxşar vəziyyət ölkənin digər Qara dəniz vilayətlərində, o cümlədən Ordu və Samsunda da müşahidə olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, suyun rənginin dəyişməsi müvəqqəti xarakter daşıyır və hava şəraiti ilə bağlıdır. Yağıntılar dayandıqdan və çay axınının həcmi azaldıqdan sonra dəniz adətən öz normal rənginə qayıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO