Türkiyə İsraillə münasibətlərin normallaşması üçün ŞƏRTLƏRİNİ AÇIQLADI

Türkiyə İsraillə münasibətlərin normallaşması üçün ŞƏRTLƏRİNİ AÇIQLADI

Hazırda oxunan: Türkiyə İsraillə münasibətlərin normallaşması üçün ŞƏRTLƏRİNİ AÇIQLADI

616245

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması Fələstin probleminin iki dövlət prinsipi əsasında həllindən və Qəzza zolağındakı humanitar böhranın dayandırılmasından sonra mümkündür.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın "Nikkei" işgüzar qəzetinə müsahibəsində bildirib.

"İsrail ilə münasibətlərin normallaşmasının şərtləri iki dövlətin yaradılması barədə qərar və Qəzzadakı humanitar böhranın dayandırılmasıdır", — deyə o qeyd edib.

Fidan xatırladıb ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər 1949-cu ildə qurulub və Qəzzadakı böhrandan əvvəl ikitərəfli ticarət dövriyyəsi ildə 10 milyard dollara çatırdı.

"İsrail fələstinlilərin qətlini dayandırmalı və Qəzza sakinlərinin qida, sığınacaq, dərman və su kimi ilkin tələbat mallarına çıxışına mane olmamalıdır. Əgər bu şərtlər yerinə yetirilərsə, biz normal həyata [İsrail ilə əməkdaşlığa] qayıda bilərik, heç bir problem olmayacaq. Biz iki dövlətin yaradılması barədə qərara nail olmaq istəyirik", — deyə nazir vurğulayıb.

Türkiyə 2024-cü ilin may ayından etibarən İsrail ilə bütün ticarət əlaqələrini dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO