Moldovada rumın dili rəsmiləşdi

Moldovada rumın dili rəsmiləşdi

Hazırda oxunan: Moldovada rumın dili rəsmiləşdi

615319
Prezidenti Maya Sandu dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.
 
Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, bu barədə Sandu özünün “Facebook” hesabında yazıb:
 
“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. İstəyirəm ki, rumın dili ölkədə yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin”.
 
Xatırladaq ki, bundan əvvəl parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib.
 
Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Qanun layihəsi birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO