"Gənclər 500 manat maaşla necə yaşasınlar?" – VİDEO

"Gənclər 500 manat maaşla necə yaşasınlar?" – VİDEO

Hazırda oxunan: "Gənclər 500 manat maaşla necə yaşasınlar?" – VİDEO

633582

"Bizim dövrümüzdə təyinatlar var idi. Universiteti bitirən kimi bizi harasa göndərirdilər. Bir neçə il həmin yerdə çalışandan sonra rəhbərlik onlara ev verirdi. İstər oğlan olsun, istərsə də qız, artıq öz məhəbbətini tapa bilirdi, ailə qururdu. Ona görə də bu təyinatlar çox vacib idi. Amma təəssüf ki, indi bu yoxdur. İndi göndərsələr də, 400-500 manat maaş alacaq. Gənc bu pulla kirayəyə ev tutsun, yemək yesin, paltar alsın? Bəs bu gənc necə yaşasın? Gənclərin problemləri bu dəqiqə dəhşətli dərəcədə çoxdur".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal "Gənclər haraya baxır?" layihəsində deyib.

Aktyor gənclərin iş tapa bilməməsi və az maaş almasından narahatlığını dilə gətirib:

"Bir-iki ay bundan əvvəl oğlum İqtisadiyyat Universitetini bitirdi. Məzun gecəsinə getdik. Orada elan etdilər ki, bu il həmin universiteti 6 min tələbə bitirib. Öz-özümə düşündüm ki, bu 6 min tələbə axı harada işləyəcək? Çox maraqlıdır, təyinat da yoxdur, 6 min tələbə harada işləyəcək? Mən təkcə bir universiteti deyirəm.

Digər universitetləri bilmirəm. Bu 6 min nəfərin Bakıda hamısına iş tapılacaq? Amma təyinat olsaydı, rayonlara göndərilsəydilər, həm özləri üçün, həm də həmin bölgələr üçün tamam başqa cür inkişaf olardı. Yəni gənclər öz həyatlarını qura bilərdilər.

Bizim ziyalılarımız bu məsələyə, mənə elə gəlir ki, səs verməlidirlər. Çünki bu, elə bir çağırışdır ki, bilirsiniz, gənclik sabahdır. Sabah isə bu gündən başlayır". (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO