Almaniyada ilk dəfə türk əsilli siyasətçi federal əyalətin baş naziri seçilib.
Bizim.Media xəbər verir ki, “Yaşıllar” Partiyasının nümayəndəsi Cem Özdemir Baden-Vürtemberq əyalətinin yeni baş naziri seçilib.
60 yaşlı Özdemir əyalət parlamentində keçirilən səsvermədə 93 deputatın dəstəyini alıb. 26 nəfər əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.
Beləliklə, o, Almaniya tarixində türk kökənli ilk federal əyalət baş naziri kimi tarixə düşüb. Cem Özdemir Türkiyədən Almaniyaya köç etmiş ailədə dünyaya gəlib. O, daha əvvəl Almaniyanın kənd təsərrüfatı və təhsil naziri vəzifələrində çalışıb.
Özdemir Baden-Vürtemberqdə 15 il hakimiyyətdə olmuş Vinfrid Kreçmannı əvəz edib.
Qeyd edək ki, Baden-Vürtemberq Almaniyanın ən böyük və iqtisadi cəhətdən ən güclü federal əyalətlərindən biri hesab olunur.
Bizim.Media
































































































