Süni intellekt ölən oğlanın klonunu yaratdı – Anasına zəng edir, mesaj yazır…

Süni intellekt ölən oğlanın klonunu yaratdı – Anasına zəng edir, mesaj yazır…

Hazırda oxunan: Süni intellekt ölən oğlanın klonunu yaratdı – Anasına zəng edir, mesaj yazır…
607197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çində bir ailə avtomobil qəzasında həlak olan oğullarının ölümünü onun anasından gizlətmək üçün süni intellekt klonu hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb.

Məlumata görə, kişi yol-nəqliyyat hadisəsində ölüb. Qohumları isə ürək problemləri olan 80 yaşlı anasına bu xəbəri deməmək qərarına gəliblər. Bunun əvəzinə onlar mərhumun foto, video və səs yazılarını toplayaraq onun rəqəmsal surətini hazırladıblar.
 

Hazırda süni intellekt klonu qadınla mütəmadi şəkildə ünsiyyət saxlayır - ona yazır, zəng edir və videoəlaqəyə çıxır. Klon guya başqa şəhərdə işlədiyini və buna görə evə gələ bilmədiyini deyir.


Bildirilir ki, rəqəmsal surət mərhumun xarici görünüşünü, səsini və hətta davranış tərzini də təqlid edir.

Ana isə heç nədən şübhələnmir. O, “oğluna” özünə yaxşı baxmağı tövsiyə edir, onu darıxdığını deyir, o isə geri dönəcəyini bildirir.

Ailə bunu yaşlı qadını qorumaq üçün etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO