Rus qoşunları hərəkətə keçdi

Rus qoşunları hərəkətə keçdi

Hazırda oxunan: Rus qoşunları hərəkətə keçdi

60441
NATO Rusiya qoşunlarının Ukrayna sərhədinə tərəf hərəkəöt etdiyi açıqlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə NATO baş katibi Yens Stoltenberq açıqlama verib. 

Onun sözlərinə görə, Rusiya qoşunların geri çəkildiyini bəyan etsə də son günlər bunun əksi müşahidə edilir.

"Biz Rusiya qoşunlarının Ukrayna sərhədinə doğru istiqamətləndiyini görürük", - deyə baş katib bəyan edib.

Yens Stoltenberq onu da bildirib ki, Rusiya hələ də separatçıları silahlındıraraq dəstəkləməyə davam edir.

Baş katibin sözlərinə görə, Ukraynanın şərqində döyüşən separatçılar arasında Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları da var.

Qeyd edək ki, Ukraynanın şərqində separatçı Donetsk və Luqansk Xalq respublikalarında prezident və parlament seçkiləri keçirilib. ABŞ prezidenti Barak Obama Rusiyaya xəbərdarlıq etmişdi ki, qeyri legitim seçkilərin nəticələrindən asılı olmayaraq Rusiya qoşunları Ukraynaya girməməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO