Bu kişinin sayəsində 1700 ildir İSTİRAHƏT EDİRİK

Bu kişinin sayəsində 1700 ildir İSTİRAHƏT EDİRİK

Hazırda oxunan: Bu kişinin sayəsində 1700 ildir İSTİRAHƏT EDİRİK
600159
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində Bazar günü rəsmi istirahət günüdür. Amman bəzi İslam dövlətlərində, bundan başqa İsraildə bazar günü adi iş sayılır. 

Bizim.Media xəbər verir ki, bu istirahət gününü bizə bəxş edən isə Roma imperatoru I Konstantindir. 

Bazar günü ilk dəfə 7 mart 321-ci ildə istirahət günü elan edilib. 

Tarixdə heç bir fərman Konstantinin fərmanı qədər uzunömürlü olmayıb. 1700 ildən artıq bir müddətdir ki, bu fərmanın icrası səbirsizliklə gözlənilir, həvəslə yerinə yetirilir. Fərman qüvvəyə minəndən insanlar imperatora cani-dildən dua edə-edə onu həyata keçiriblər. 

Fərmana görə, bazar günü bazarlar bağlanmalı idi. Türk dillərində bir az ziddiyyətli səslənir:
 

“bazar günü bazarın bağlanması”. Adından göründüyü kimi, şərqdə əksinə məhz bazar günü bazarlara çıxırdılar. Amma dünyanın başqa dillərində bu gün müxtəlif səsləndirilərək, ticarətdən uzaq məna daşıyır. Bir ortaq cəhətimiz var ki, bizdə də eynilə Romadakı kimi ta qədimdən Bazar günləri bütün dövlət qurumları fəaliyyətini dayandırır.  


İmperator Konstantin bu günü həm də minnətdarlıq günü kimi insanlara bəxş edib. Belə ki,
döyüşöncəsi yuxusunda məhz bu gün qələbə çalacağını görür və yuxusu çin çıxır. Buna görə də imperator bazar günü fiziki əməyi qadağan edir,  o vaxtdan bəri bazar günü istirahət günü hesab olunur. 

Şəfiqə Şəfa. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO