NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

Hazırda oxunan: NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?
595827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO Arktikada fəaliyyətini artırır, amma bu addımın əsas məqsədi Rusiyanı hərbi cəhətdən dayandırmaq deyil, ABŞ Prezidenti Donald Trampı sakitləşdirməkdir. Diplomatik mənbələr və ekspertlər bu addımı "yenidən brendləşdirmə" adlandırır, yəni məqsəd Vaşinqtonu razı salmaqdır.

Bizim.Media xəbər verir ki, bu barədə Politico yazıb.

NATO-nun rəsmi missiyası "Arktik Mühafiz" (Arctic Sentry) kimi təqdim olunur.
Mənbə qeyd edir ki, ABŞ və NATO-nun Arktikadakı imkanları Rusiyaya qarşı kifayət qədər çoxdur. ABŞ lazım gələrsə, 12–24 saat ərzində minlərlə əsgəri Qrenlandiyaya göndərə bilər.

Mütəxəssislər bildirirlər ki, Moskva hələ də NATO-dan geri qalır və Çinlə əməkdaşlığı simvolik xarakter daşıyır. Arktikada əlavə hərbi mövcudluq lazımsız və hətta riskli sayılır, çünki Rusiyanın nəzarətində olan ərazilərdə dəstək infrastrukturu məhduddur.

Hazırda Qrenlandiyanın şimalında Pituuffik kosmik bazasında təxminən 150 ABŞ hərbçisi yerləşir. Danimarka və Qrenlandiya ABŞ-ın əlavə qüvvələrini qəbul etməyə razıdır.

Politico yazır ki, NATO-nun bu addımları əsasən Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə cavabdır və məqsəd alyansın birliyini qorumaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO