İran Ermənistana 2 milyard yardım edib? -  Açıqlama

İran Ermənistana 2 milyard yardım edib? - Açıqlama

Hazırda oxunan: İran Ermənistana 2 milyard yardım edib? - Açıqlama

59452
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfğam İranın Ermənistana 2 milyard dollar yardım etməsi haqda bəzi xarici mətbuat orqanlarında dərc olunan məlumatı təkzib edib.

M.Əfğam keçirdiyi həftəlik brifinqdə bildirib ki, bu məlumat yalandır və həqiqəti əks etdirmir. Nazirliyin rəsmisi jurnalistlərə tövsiyə edib ki, dəqiqləşdirilməmiş məlumatı yaymasınlar.

Xatırladaq ki, Ermənistan baş nazirinin Tehrana səfərindən sonra bəzi xarici mətbuat orqanlarında İranın bu ölkəyə 2 milyard dollar yardım edəcəyi barədə məlumat dərc olunmuşdu.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO