“Etirazlar şiddətlənsə, Xamenei Moskvaya qaçacaq” – SENSASİON İDDİA

“Etirazlar şiddətlənsə, Xamenei Moskvaya qaçacaq” – SENSASİON İDDİA

Hazırda oxunan: “Etirazlar şiddətlənsə, Xamenei Moskvaya qaçacaq” – SENSASİON İDDİA
588989
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İranın ali lideri ayətullah Əli Xamenei etirazlar fonunda ölkəni tərk etmək üçün plan hazırlayıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” qəzeti kəşfiyyat hesabatına istinadən məlumat yayıb.
 

Məqalədə bildirilir ki, 86 yaşlı Xamenei ordu və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri yerinə yetirməkdən imtina etdiyini görərsə, 20 nəfərdən ibarət ən yaxın çevrəsi — köməkçiləri və ailə üzvləri ilə birlikdə Tehrandan qaçmağı planlaşdırır.


“The Times”a açıqlama verən, İrandan İslam inqilabından səkkiz il sonra qaçaraq uzu illər İsrail kəşfiyyatında xidmət etmiş Beni Sabtinin sözlərinə görə, Xameneinin Moskvadan başqa qaça biləcəyi yer yoxdur. 

Qəzetin yazdığına görə, qaçış planı 2024-cü ilin dekabrında Suriyanın devrilmiş lideri Bəşər Əsədin təcrübəsinə əsaslanır. 

Xatırladaq ki, Əsəd Dəməşq ələ keçirilməzdən əvvəl Moskvaya qaçmışdı.

Qeyd edək ki, dekabrın sonunda İranda milli valyutanın kəskin dəyərdən düşməsi fonunda etirazlar başlayıb. Aksiyalar ölkənin 25 vilayətində 60-dan çox şəhəri əhatə edib. Ən böyük etirazlar Tehranda keçirilir, ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində — Malekşahi, Kermanşah və Lordeqan şəhərlərində qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO