Qatı duman səbəbindən 20-dən çox təyyarə İstanbula enə bilməyib

Qatı duman səbəbindən 20-dən çox təyyarə İstanbula enə bilməyib

Hazırda oxunan: Qatı duman səbəbindən 20-dən çox təyyarə İstanbula enə bilməyib

582803
Qatı duman səbəbindən 20-dən çox reys İstanbulun yeni hava limanına yönləndirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
 
“Səhər saatlarında şəhərin şərqindəki Sabiha Gökçen Hava Limanına eniş etməli olan 22 təyyarə İstanbulun yeni hava limanına istiqamətləndirilib”, - agentlik bildirib.
 
Sabiha Gökçen Hava Limanının mətbuat xidmətindən verilən məlumata görə, aeroportun uçuş-enmə zolağı təyyarələri qəbul etmək üçün bağlıdır, hava limanından uçuşlar bir saatlıq fasilədən sonra normal rejimdə həyata keçirilir.
 
Qeyd edək ki, qatı duman səbəbindən daha əvvəl Dardanel boğazından gəmilərin hərəkəti dayandırılmışdı.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO