Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.
Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda qarşılaşmada türkiyəli Beyza Akkuşa 2:4 hesabı ilə uduzub.
B. Soltanova digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) ilə eyni göstəricini təkrarlayıb.
Bununla da Azərbaycanın qadın güləşçiləri qitə birinciliyini 2 bürünc medalla başa vurublar. Daha əvvəl Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.
Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. (report.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
22:11 / 24.04.2026
Qadın güləşçilərimiz Avropa çempionatını 2 medalla başa vurdular
Hazırda oxunan: Qadın güləşçilərimiz Avropa çempionatını 2 medalla başa vurdular
Hazırda oxunan: Qadın güləşçilərimiz Avropa çempionatını 2 medalla başa vurdular
609194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































