Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Hazırda oxunan: Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO
609182
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "Sabah"la oyundan sonra paltardəyişmə otağına gedən tuneldə hakimə hücum çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər "CBC Sport" kanalında yayımlanıb.

Belə ki, monteneqrolu futbolçu Azərbaycan kubokunun yarımfinalında "Sabah"a 1:2 hesabı ilə uduzduqları matçda hakim idarəçiliyindən narazı qalıb.

O, qarşılaşmanın 90+6-cı dəqiqəsində referi Rəvan Həmzəzadənin penalti təyin etməməsinə əsəbiləşib.

Matç bitən kimi hakimlərə meydançada hücum çəkən oyunçu qırmızı vərəqə alıb və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən ordan uzaqlaşdırılıb.

Amma Markonun hirsi bununla soyumayıb. O, paltardəyişmə otağına gedən tuneldə hakimlərə yenə hücum çəkib və onlara yumruq, təpik atıb.

Monteneqrolu oyunçunu baş məşçqi Qurban Qurbanov sakitləşdirə bilib.

Daha sonra polislər onu hakimlər otağının önündən uzaqlaşdırıb. (qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO