SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

Hazırda oxunan: SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

609161

İsrail ordusu Livanın cənubundakı Deyr-Əməs yaşayış məntəqəsinin sakinlərini planlaşdırılan hava zərbəsi barədə xəbərdar edərək onları təcili təxliyə olunmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Avixay Edri "X" hesabında ərəb dilində müraciət paylaşıb.

SAXAL-ın nümayəndəsi bildirib ki, həmin yaşayış məntəqəsindən “Hizbullah”ın silahlı qrupları hücumlar həyata keçirir.

“Deyr-Əməsdən həyata keçirilən raket atəşləri İsrail ordusunu terrorçulara qarşı qəti tədbirlər görməyə məcbur edir. Buna görə də öz təhlükəsizliyiniz naminə dərhal evlərinizi tərk etməli və yaşayış məntəqəsindən ən azı bir kilometr uzaqlaşmalısınız”,- deyə müraciətdə bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO