Rusiya qüvvələri Xersondakı doğum evini atəşə tutublar

Rusiya qüvvələri Xersondakı doğum evini atəşə tutublar

Hazırda oxunan: Rusiya qüvvələri Xersondakı doğum evini atəşə tutublar

581288
Rusiya işğalçı qoşunları işğaldan azad edilmiş Xerson şəhərinin mülki infrastrukturunu atəşə tutmağı dayandırmır. Çərşənbə axşamı, dekabrın 27-də onlar yenidən xəstəxananın doğum şöbəsinə zərbə endiriblər.
 
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko teleqramda bildirib.
 
“Bu gün 2 körpənin doğulduğu yer atəşə tutulub. Hücumdan əvvəl həkimlər qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. Müəssisədə doğuşdan sonra 5 qadın var”, - o yazıb.
 
Timoşenko qeyd edib ki, möcüzəvi şəkildə düşmənin hücumu zamanı heç kim xəsarət almayıb, çünki hamı sığınacaqda idi - həm həkimlər, həm də pasiyentlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO