İŞİD-in yalanının üstü açıldı

İŞİD-in yalanının üstü açıldı

Hazırda oxunan: İŞİD-in yalanının üstü açıldı

58039
İŞİD terror qruplaşmasının Bağdad hava limanının 12 kilometrliyinə çatması xəbəri təkzib edildi.

ANS PRESS-in məlumatına görə, Bağdad Əməliyatlar Komandalığının sözçüsü Sead Mean İŞİD-lə hava limanı yaxınlığında döyüşlərin getməsi barədə məlumatları yalanlayıb.

Onun sözlərinə görə, İŞİD-in Bağdada hücuma keçdiyi barədə məlumatlar gerçəkliyi əks etdirmir. Belə ki, İraq ordusu və könüllüləri 2 aydan çoxdur ki, Bağdad kəməri deyilən bölgədən başlayaraq Diyaliz, Səlahəddin, Babil vilayətlərində müdafiədən hücuma keçib. Hücumlar nəticəsində İŞİD-in ələ keçirdiyi bir çox vilayətlər geri alınıb.

Qeyd edək ki, bu gün yayılan məlumatlarda bildirilirdi ki, İŞİD-in 10 min yaraqlısı İraqın paytaxtına hücuma keçib və strateji əhəmiyyətə malik Bağdad hava limanının 12 kilomterliyinədək gedib çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO