Davudoğlu Gülənə səsləndi

Davudoğlu Gülənə səsləndi

Hazırda oxunan: Davudoğlu Gülənə səsləndi

54268
Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu Fətullah Gülənə məxsus “paralel hökumət” qruplaşması ilə bağlı açıqlama verib. 

Ə. Davudoğlu “paralel hökumət” qruplaşması barəsində aparılan lazımı hüquqi proseduraların davam etdiyini söyləyib: 

“Bir məsələni açıq şəkildə qeyd etmək istəyirəm ki, Türkiyədə niyyətindən aslı olmayaraq, milli iradədən güc almayan hər hansı bir qruplaşmanın bürokratiya yolu ilə siyasəti, hüququ, ictimai həyatı nəzarət altına almasına icazə verə bilmərik. Bu qruplaşmanın bir hissəsi Pensilvaniya ştatında fəaliyyət göstərir. Ölkəmizin müstəqillliyi və suverenliyi üçün lazım olan bütün addımlar tərəddüsüz atılır. ”(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO