Rusiyanın miqrantlar üçün qoyduğu son tarixə az qalıb

Rusiyanın miqrantlar üçün qoyduğu son tarixə az qalıb

Hazırda oxunan: Rusiyanın miqrantlar üçün qoyduğu son tarixə az qalıb

43668
Martın 31-də Rusiyanın əmək miqrantları üçün müəyyən etdiyi üç aylıq müddət başa çatır. 

Moderator.az-ın məlumatına görə, bu müddət başa çatdıqdan sonra iş patenti olmayan miqrantlar Rusiyanı tərk etməlidirlər və 90 gün ərzində ora geri dönməməlidirlər. Bu, Rusiyada işləyərək ailələrini dolandıran MDB miqrantlarının böyük narahatlığına səbəb olub. 

Bəzi MDB ölkələri Rusiyaya müraciət edərək onun vətəndaşları üçün istisnalar nəzərdə tutmağı xahiş ediblər. Belə ölkələr sırasında Tacikistanın və Ermənistanın adı hallanır. Martın 21-də Dövlət Duması tacik miqrantlar üçün istisnaları nəzərdə tutan sazişi təsdiqləyib. Həmin sənədə görə, tacik miqrantlar Rusiyadan kənara çıxmadan bu ölkədə qalıb işləyə bilərlər. 

Amma belə sənəd Ermənistan üçün hələ təsdiqlənməyib və erməni KİV-ləri bunu Rusiyanın Gömrük İttifaqı məsələsində Ermənistana təzyiq vasitəsi kimi dəyərləndirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO