ARDNŞ-in Avropa fəthi davam edir

ARDNŞ-in Avropa fəthi davam edir

Hazırda oxunan: ARDNŞ-in Avropa fəthi davam edir
38684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az-ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  (ARDNŞ) saytına istinadən verdiyi xəbərə görə, dekabrın 21-də  ARDNŞ  ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 faizinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

 

Bildirilib ki, imzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. İmzalanma mərasimində qeyd olunub ki, “DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsinin ARDNŞ tərəfindən alınması Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO