İranla “altılıq” ölkələri arasında mühüm razılıq əldə olunub

İranla “altılıq” ölkələri arasında mühüm razılıq əldə olunub

Hazırda oxunan: İranla “altılıq” ölkələri arasında mühüm razılıq əldə olunub

35340
“Oktyabrın 15-16-da İranla “altılıq” ölkələri arasında Cenevrə şəhərində keçirilmiş nüvə müzakirələrində mühüm razılıq əldə olunub”.
Moderator.az-ın verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son danışıqlar tərəflər arasında indiyədək keçirilmiş ən məzmunlu müzakirələr olub: “Hazırda dünyanın altı ölkəsi - ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya diqqətlə İranın onlara təqdim etdiyi təklifi araşdırır”.
K. Eşton həmçinin İranın təklifini “mühüm əməkdaşlıq” adlandırmaqla yanaşı, tərəflər arasında müzakirələrin detallarının açıqlanmaması barədə razılıq əldə olunduğunu deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO