Fətullah Gülənin tutulub? -  Türkiyə rəsmisindən açıqlama

Fətullah Gülənin tutulub? - Türkiyə rəsmisindən açıqlama

Hazırda oxunan: Fətullah Gülənin tutulub? - Türkiyə rəsmisindən açıqlama

259185
Mətbuatda və sosial şəbəkələrdə FETÖ rəhbəri Fətullah Gülənin ABŞ-da tutulması və hətta səhər saatlarında Türkiyəyə gətiriləcəyi xəbəri yayılıb.

CNN Türk kanalının verdiyi xəbərə görə, bununla bağlı gəzən iddialara Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın keçirdiyi mətbuat konfransında cavab verib.


Jurnalistlərin məsələ ilə əlaqədar sullarına İ.Qalın “bizə belə bir xəbər gəlməyib” - deyə cavab verib.

“Lakin bilirsiniz ki, bizim FETÖ ilə mücadilə məsələsində qərarlığımız sürməkdədir. Dünyanın hansı nöqtəsində olursa olsunlar ən yuxarı mərtəbəsindən aşağılara qədər bu xəyanət şəbəkəsinə qarşı mübarizəmiz qərarlı şəkildə davam edəcəkdir” - deyə Türkiyə prezidentinin sözcüsü vurğulayıb.

Türkiyə rəsmisi bununla bağlı apardıqları mübarizədə dünyanın bir çox ölkəsində önəmli məsafə qət ediklərini bildirərək dost və müttəfiq ölkələrin FETÖ təşkilatının sadəcə Türkiyədə deyil, həmin dövlətlərin özlərində də necə böyük təhdid formalaşdırdığını dərk etməyə başladıqlarını qeyd edib.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO