Paşinyan dünya geylərini Yerevana toplayır 
 - QALMAQAL

Paşinyan dünya geylərini Yerevana toplayır - QALMAQAL

Hazırda oxunan: Paşinyan dünya geylərini Yerevana toplayır - QALMAQAL

239415

Noyabrın 15-də Ermənistanda LGBT Xristianlar Forumunun 11-ci iclası keçiriləcək. Paytaxtın Azadlıq meydanında baş tutacaq görüşdə dünyanın 30-a yaxın ölkəsindən cinsi azlıq nümayəndəsi qatılacaq.

xa0

Xatırladaq ki, 2004-cü ildən bəri keçirilən “Şərqi Avropa və Mərkəzi Asiya LGBT Xristianlar Forum”u hər il dünyanın fərqli şəhərlərində toplaşır və cinsi azlıqlarla bağlı problemləri müzakirə edir.

xa0

Tədbirlə bağlı Ermənistanın 12 təşkilat və birliyi baş nazir Nikol Paşinyana etiraz petisiyası yollasa da, onların çağırışına cavab verilməyib. Ermənistan kilsəsinə yaxın olan fəallar forumun keçirilməsində yeni hakimiyyətin, o cümlədən baş nazir Nikol Paşinyanın da maraqlı olduqlarını iddia edirlər. Onların fikrincə, bu addımla Paşinyan Qərb ölkələri qarşısında tolerant və dözümlü hakimiyyət obrazı yaratmaq istəyir.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO