Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsinə Zoqrab Mnatsakanyanın təyin edilməsi haqqında fərman imzalayıb.xa0xa0
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, təyinat baş nazir Nikol Paşinyanın təklifi əsasında baş tutub.
Xatırladaq ki,xa0 2008-ci ildən Ermənistan XİN rəhbəri vəzifəsində Edvard Nalbandyan çalışıb.xa0xa0



































































































