Sarkisyan müxalifəti danışıqlar masasına dəvət etdi

Sarkisyan müxalifəti danışıqlar masasına dəvət etdi

Hazırda oxunan: Sarkisyan müxalifəti danışıqlar masasına dəvət etdi
222094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Ermənistan baş naziri Serj Sarkisyan deputat, “Elk” fraksiyası lideri Nikol Paşinyanı danışıqlar masasına çağırıb.

Bu barədə baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:xa0

“Ötən həftə ərzində Yerevanda bir sıra mitinq və yürüşlər baş tutdu. Dinc mitinq və yürüşlər keçirməyə ölkəmizin istənilən vətəndaşının haqqı var. Hakimiyyət hər zaman bu haqqa hörmət edib və hörmət edəcək.

Təəssüf ki, bu ictimai aksiyalar tez-tez qanunla icazə verilən çərçivəni keçib və yersiz, anarxist təzahürlər alıb. Mən daxili siyasi proseslərdə baş verənlərdən dərindən narahatam. Bərpa olunmaz itkilərdən qaçmaq üçün Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyanı siyasi dialoqa getməyə və danışıqlar masasına əyləşməyə çağırıram”. (Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO