Putin silahları Rusiya ərazisini vuran ölkələri cavab tədbirləri ilə HƏDƏLƏDİ - VİDEO

Putin silahları Rusiya ərazisini vuran ölkələri cavab tədbirləri ilə HƏDƏLƏDİ - VİDEO

Hazırda oxunan: Putin silahları Rusiya ərazisini vuran ölkələri cavab tədbirləri ilə HƏDƏLƏDİ - VİDEO
221789
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın müdafiə sənayesi obyektinə qeyri-nüvə ballistik raketi “Oreşnik”lə zərbə endirildiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Rusiya lideri bu barədə xalqa müraciətində məlumat verib.

Putin ölkə ərazisinə ATACAMS və ”Storm Shadow” raketlərinin hücumlarına cavab olaraq bu addımın atıldığını bildirib.

O, həmçinin bəyan edib ki, Moskva özünü silahları Rusiya ərazisinə vuran ölkələrin hədəflərinə zərbə endirmək hüququna malik hesab edir:

"Rusiya dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır, Cavab tədbirləri hər zaman olacaq”.

Qeyd edək ki, ötən gündən etibarən Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Britaniyanın “Storm Shadow” raketlərini Rusiyanın dərinliklərinə buraxıb. Daha əvvəl ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası Rusiyaya zərbələr endirmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadəni təsdiqləyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO