Türkiyədə miqrantları daşıyan mikroavtobus yandı: 17 ölü, 36 yaralı – FOTO

Türkiyədə miqrantları daşıyan mikroavtobus yandı: 17 ölü, 36 yaralı – FOTO

Hazırda oxunan: Türkiyədə miqrantları daşıyan mikroavtobus yandı: 17 ölü, 36 yaralı – FOTO

219115
Türkiyə ərazisində – Iğdır-Qars avtomagistralında Əfqanıstan, Pakistan və İrandan olan qeyri-qanuni miqrantları aparan mikroavtobus işıq dirəyinə çırpılıb.

Oxu.Az xəbər verir ki, maşının qəza nəticəsində qəflətən alovlanması nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.

Nəqliyyat vasitəsi tamamilə yanıb. Maşın 14 nəfər tutuma malik olsa da, onda 50-dən çox sərnişin mindirilib.

Hadisə yerinə prokurorluq orqanları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO