NATO Əfqanıstandakı hərbçilərinin sayını 18 minə çatdıracaq

NATO Əfqanıstandakı hərbçilərinin sayını 18 minə çatdıracaq

Hazırda oxunan: NATO Əfqanıstandakı hərbçilərinin sayını 18 minə çatdıracaq
217407
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
NATO Əfqanıstandakı qeyri-döyüş missiyalı hərbçilərinin sayını, təxminən, 18 minədək artırır.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq martın 15-də Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Biz təlim hazırlığı üzrə missiyamızın sayını 18 min nəfərədək artırırıq”, - o vurğulayıb.

Y.Stoltenberq “Taliban”ı ölkədə silahlı münaqişəni dayandıraraq danışıqlara başlamaq haqqında Əfqanıstan hakimiyyətinin müraciətinə cavab verməyə çağırıb.

Qeyd edək ki, NATO-nun “Qətiyyətli dəstək” missiyası 2015-ci il yanvarın 1-dən Əfqanıstandadır. NATO ilə Əfqanıstan arasındakı ikitərəfli razılaşmaya əsasən, hazırda alyansın 12 min hərbçisi xidmət edir. Onlar Əfqanıstan güc strukturlarına təlim keçir və müşavirlik edir. Onların qeyri-döyüş missiyası yerinə yetirdiyi elan edilib.

Xatırladaq ki, Azərbaycan 16 ildir Əfqanıstandakı missiyasında iştirak edir və bu ölkənin, təxminən, 100 hərbçisi missiyaya töhfə verir. "Qətiyyətli dəstək" əməliyyatı (“Resolute Support Mission”) NATO-nun Əfqanıstanın hökumət qüvvələrinə təlimlər keçirilməsi və yardım göstərilməsi üzrə qeyri-döyüş missiyasıdır və onun icrasına 2015-ci il yanvarın 1-dən başlanılıb. Missiya Əfqanıstanda 2001-ci ildən fəaliyyət göstərən və 2014-cü il dekabrın 28-də başa çatan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) əməliyyatını əvəz edib.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO