17 illik dostluq 17 bıçaq zərbəsi ilə sona çatdı...

17 illik dostluq 17 bıçaq zərbəsi ilə sona çatdı...

Hazırda oxunan: 17 illik dostluq 17 bıçaq zərbəsi ilə sona çatdı...
213894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
İngiltərədə Litlevod adlı qadın 17 illik yaxın rəfiqəsini 17 yerdən bıçaqlayaraq onu ağır şəkildə yaralayıb.

Moderator.az xəbər verir ki, rəfiqələr hadisə axşamı Litlevodun evində birlikdə şam yeməyi yeyərək xeyli sipirtli içki qəbul ediblər. Daha sonra Litlevod gözlənilmədən rəfiqəsinə güclü zərbələr vuraraq onu yerə yıxıb. Huşunu itirən rəfiqəsini yerdən qaldıraraq çarpayıya uzadıb və onun əl və ayaqlarınıxa0 bağlayıb. Daha sonra mətbəxdən bıçağı gətirərək qadının ayaq, qarın, sinə və baş nahiyyələrinə bıçaq zərbələri ilə xəsarət yetirməyə başlayıb.xa0

Rəfiqəsinin al qan içində olduğunu görən qadın daha sonra bıçaqladığı qadının sevgilisinə zəng vuraraq ona xəbər verib. Hadisə yerinə polislə birlikdə gələn şəxs yaralıxa0 sevgilisini xəstəxanaya aparıb. Litlevod isə polis bölməsinə aparılıb.

Litlevodun vəkili məhkəmədə müvəkkilinin hücumu həyata keçirən zaman əsəb pozğunluğu olduğunu və onun içkili vəziyyətdə olduğu üçün bu hadisəni qəsdən törətmədiyini bildirib.

Qeyd edək ki, hakim Litlevoda 7 il müddətinə həbs cəzası verib.

Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO