Qırğızıstanın yeni prezidenti gözlənildiyi kimi Sooronbay Jeenbekov seçildi.xa0xa0
Moderator.az Kaktus.media nəşrinə istinadən Sooronbay Şərifoviçin bioqrafiyası, ailə tərkibi və qohumlarının nə işlə məşğul olduqları barədə məlumatları nəzərinizə çatdırır.
Jeenbekovun 58 yaşı var, Oş vilayətinin Kara-Kulcin rayonundandır. 1976-cı ildə rus dili müəllimixa0 işləyib. 1996-cı ildən onun siyasi karyerası başlayıb. O üç dəfə parlamentin deputatı seçilib və kənd təsərrüfatı naziri olub. 2010-cu ildə Oş vilayətinə rəhbərlik edib. Sonra Dövlət kadr xidmətinin müavini işləyib və prezident aparatının rəhbəri olub. 2016-cı ilin avqustundanxa0 prezident seçilənədək respublikanın baş naziri vəzifəsində işləyib.xa0

Jeenbekovun həyat yoldaşının adı Aygüldür. Hansı peşənin sahibidir, məlum deyil. O evdar qadındır. Onların bir oğlu, bir qızı var. Qızı Bəxtigül Yeltsin adına Qırğız-Rus Slavyan Universitetində oxuyur. Keçən il ərə gedib. Kürəkən Atabəy deputat Əliyarbəy Abjəliyevin oğludur.
Jeenbekovun Əliəsgər adlıxa0 bir nəvəsi var. Sooronbay Jeenbekov ailəsinixa0 kölgədə tutmağa üstünlük verir.

xa0Yeenbekovun doğulduğu ailədə on uşaq olub. Böyük qardaşı Kantoro Toktomammatov bu yaxınlarda 69 yaşında vəfat edib. O iqtisad elmləri doktoru, Calal-abadxa0 dövlət universitetinin rektoru olub.
xa053 yaşlı kiçik qardaşı Asılbekxa0 parlamentinxa0 beşinci çağırışxa0 spikeri olub, indi sıravi deputatdır. Sooronbay baş nazir olandan sonra Asılbekxa0 toraq( spiker) vəzifəsindən istefa verib. O bu vəzifədə olndaxa0 parlamentin binasında namazgah yaratdığına görə daha da məşhurlaşməşdı. Klanın ən kiçiyi olsa da Asılbeki ən nüfuzlu şəxs hesab edirlər.
Başqa bir qardaşı Jusupbekin 62 yaşı var, amma o Şaripov soyadını daşıyır. O Qırğızıstanın Küveytdə, Mərakeşdə, İordaniyada, Bəhreyndəxa0 fövqəladə və səlahiyyətli səfiridir. Kiçik qardaşları İsgəndər Jeenbekov vəfat edib. Jırqlbek Jeenbekov isə Oş vilayətində yaşayır.
Bacıları haqqında heç nə məlum deyil.

Jeenbekovun hansı sərvətin sahibidir?
Gəlirlər haqqında deklarasiyaya görə Jeenbekov keçən il 870 min som qazanıb. O həmçinin deklarasiyada göstərib ki, 160 kvadrat metr evə, 60 kv.m bağa və 48,04 hektar kənd təsərrüfatı yönümlü torpaq sahəsinə malikdir.xa0 Onun 1700 alma ağacı, 2 min qovaq ağacı, vaqon evi vəMT3-80 traktoru var.
xa0
Jeenbekovun qohumları ondan çox qazanıblar-2, 4 milyon som. Onların 64 kv.m mənzilləri, 10 hektar torpaq sahəsi var. Keçən ilki hesabatda 66,6 hektar otlaq sahəsi də əlavə olunub. Deklarasiya diqqətlə öyrənilərkən məlum olub ki, bu otlaq şəxsi mülkiyyət olub və 2015-ci ildə qohumlar tərəfindən icarəyə götürülüb. Artıq icarə də yoxdur.
Jeenbekovu məşhurlaşdıran onun 20 iyunda zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş iclasda Dövlət tikinti xidmətinin rəhbəri Almazbek Abdıkarova - “ Çık eşikke”x9d( çıx eşiyə) kəlməsi olub. Jeenbekov onu iclasdan qovub, qapı arxasına qoymuşdu.xa0
Bu , “Çık eşikke”x9d frazası internetin populyarxa0 paylaşımı olub.



































































































