Moldova prezidentinin istefası təklif edildi

Moldova prezidentinin istefası təklif edildi

Hazırda oxunan: Moldova prezidentinin istefası təklif edildi

192528
Moldova Liberal Partiyasının fraksiyası ölkə prezidenti İqor Dodonun istefası ilə bağlı layihəni parlamentə təqdim edib.

Moderator.az Report-a istinadən xəbər verir ki, Moldova prezidenti qanunları təsdiqləmir və nəzərdən keçirmək üçün geri qaytarır.

“Prezident yalnız qanunları təsdiqləməkdən imtina etmir, həm də son zamanlar səhvlər buraxır. Onun tutduğu vəzifədən uzaqlaşdırılması və referendumun keçirilməsi haqqında qərar layihəsi təqdim edirik. Bütün fraksiyalardan olan həmkarımızdan bu təşəbbüsü dəstəkləmələrini xahiş edirik”x9d, - Liberal Partiyanın sədri Mixay Qimpu bildirib.

Məlumata görə, Moldova parlamentinin 101 deputatından 11-i Liberal Partiyanın üzvüdür. Moldova Konstitusiyasına əsasən, prezidentin tutduğu vəzifədən azad edilməsi təklifini deputatların 1/3-i irəli sürə bilər.

Qeyd edək ki, İ.Dodon Rusiya, parlament və hökumət isə qərbyönümlüdür. Ona görə də prezident qərbyönümlü parlament və hökumətin qəbul etdiyi sənədləri təsdiqləmir. Onun təkliflərini isə parlamentdə deputatlar dəstəkləmirlər.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO