Beynəlxalq arenada gərginlik artan xətt üzrə inkişaf edir. Bu gərginlik elə bir intensivlik qazanıb ki, hətta tezliklə III dünya müharibəsinin qaçılmaz ola biləcəyi ilə bağlı ehtimalları da gücləndirib.
Təbii ki, bu ehtimallar istər-istəməz narahatlıq doğurur. Çünki arxasında kifayət qədər real faktorlar dayanır. Və üstəlik, bu faktorların da sırası durmadan genişlənir.
Əslində, ABŞ prezidenti Donald Trampın Ağ Evə sahibləndiyi ilk günlərdən dünyanın belə bir vəziyyətlə üzləşə biləcəyinə hazır olmağın vacibliyi açıq-aşkar sezilirdi.
Hər halda, bu adam dünyada yeni qaydaların tətbiqinə çalışacağını qətiyyən gizlətmirdi. Hətta əsas hədəfinin sırasında bunun daha öndə olduğunu da qabardırdı. Belə anlaşılırdı ki, D.Trampı hakimiyyətə gətirənlər onun üzərinə xüsusi missiya “yükləyiblər”x9d.xa0

Son dövrlərdə Ağ Ev sahibi artıq gələcək hədəflərini qabardaraq dünyada qorxu mühiti yaratmaqla kifayətlənmir. O, indi dünyada qarşıdurmanın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqla da diqqəti çəkir.
Bu baxımdan, D.Trampın ABŞ-ın hərbi gücüylə Şimali Koreyadakı rejimi üz-üzə gətirməyə çalışması olduqca önəmli və təhlükəli faktordur. Düzdür, ondan əvvəlki Ağ Ev sahibləri də Şimali Koreyanın nüvə proqramını ABŞ-ın önəmli hərbi-siyasi problemlərindən biri kimi gündəmdə saxlayıblar. Ancaq onlardan heç birisi D.Tramp kimi Şimali Koreyanın üzərinə bu qədər aqressiv şəkildə getməyib və bu dövləti birbaşa əsas hərbi hədəfə çevirməyib.
Şimali Koreya lideri Kim Çen İn də höcətdir, geri çəkilmir. Əksinə, Ağ Ev sahibi basqını gücləndirdikcə, o da Şimali Koreyanın hərbi potensialını gücləndirir. O, əvvəllər təzyiqlərə cavab olaraq, uzaqmənzilli döyüş başlıqlı raketləri sınaqdan çıxarırdısa, sonradan ballistik raketləri ön plana keçirdi. Ağ Evin son hədələrinın ardıncasa, artıq hidrogen bombası sınaqdan çıxarıldı.xa0

Bu, kifayət kifayət qədər ciddi əks manevrdir. Çünki hidrogen bombası beynəlxalq hərbi-siyasi intriqaların aləti kimi uğurlu silah seçimi deyil. Və bu silahın ballistik raketlərlə müqayisə edilməsinə cəhd qeyri-ciddi məşğuliyyət kimi də görünə bilər.
Hər halda, bu silahın daha dəhşətli nəticələr doğurmaq qabiliyyətini Ağ Evdə kifayət qədər yaxşı bilirlər. Çünki atom bombasından daha dağıdıcı bir silah olan hidrogen bombasını ABŞ hələ uzaq 1952-ci ildə yaradıb. İlk bomba 1954-cü ildə Sakit Okeandakı Marşal adalarında sınaqdan keçirilib. Bu bomba Xirosima və Naqasakiyə atılan atom bombalarından 1000 qat daha çox dağıdıcı gücdə olub.
SSRİ də ABŞ-dan geri qalmayıb və 1961-ci ildə "Çar Bomba" adlı ilk hidrogen bombasını sınaqdan keçirib. SSRİ-nin hidrogen bombası Xirosimaya atılan bombadan 3800 dəfə güclü təsirə malik olub. Hətta 1961-ci ildəki sınaq zamanı yaranan “köbələk”x9d 900 km uzaqlıqdan belə, müşahidə edilib.xa0
еƏgər, hidrogen bombasının cəmisi birindən istifadə olunarsa, bir anın içərisində milyonlarla insan yanıb, külə dönə, şəhərlər dağılaraq, xarabalığa çevrilə, yer üzündən silinə bilər. Yəni belə silahlarla “zarafatlaşmaq”x9d bəşəriyyətə qorxunc fəlakətlər vəd edir. Amma dünyanın iki dövlət başçısı - D.Tramp və Kim Çen İn bu qorxunc “zarafat”x9dı israrla davam etdirirlər. Üstəlik, onlar öz qorxunc “zarafatlar”x9dına digərlərini də ortaq etməyə can atırlar.
Məsələ ondadır ki, Ağ Ev sahibi Şimali Koreyanı nüvə potensialını artırmaqda davam edəcəyi təqdirdə, hərbi müdaxilə ilə hədələyir. Və bu hərbi müdaxilə üçün planın masasının üzərində olduğunu vurğulayır.
Təbii ki, bu hərbi müdaxilənin sadəcə, tankla-topla, əli silahlı əsgərlərlə reallaşdırılma ehtimalı sıfıra bərabərdir. Çünki buna göstərilən ilk cəhddən sonra Şimali Koreya liderinin atom və ya hidrogen silahının düyməsinə basacağı qətiyyən şübhə doğurur. Deməli, Ağ Ev sahibi də buna adekvat reaksiya verməli olacaq.
Halbuki Ağ Ev ABŞ şəhərlərinin dağılması və milyonlarla insanın məhv olması ehtimalının gözə ala bilməz. Yəni Şimali Koreyaya hərbi müdaxilə ediləcəksə, bunun yalnız düşməni ilk zərbədən iflic vəziyyətə sala biləcək kütləvi qırğın silahlarıyla reallaşdırılma ehtimalı daha inandırıcıdır.
Ancaq bu addımı atmaq üçün də dəli cəsarəti lazımdır. Çünki Şimali Koreyanı ilk baxışdan göründüyü kimi sahibsiz və ya dəstəksiz dövlət hesab etmək sadəlövhlük olardı. Hər halda, bu dövlətin dünya nəhənglərindən olan Çinin müttəfiqləri sırasında olduğu qətiyyən şübhə doğurmur.xa0

Rəsmi Pekin Şimali Koreyaya ABŞ-la Çin arasında hərbi-siyasi bufer dövlət kimi yanaşır və bu faktora ciddi önəm verir. Hətta Şimali Koreyaya endiriləcək zərbənin məhz Çinin gələcək böyümə perspektivlərini hədəfə almış olacağını da Pekində çox gözəl anlayırlar.
Əlbəttə ki, rəsmi Pekin Şimali Koreya böhranı mövcud olduğu müddətdə ABŞ-ın birbaşa Çinin üzərinə gələ bilməyəcəyini hesablamamış deyil. Və onu da anlayır ki, bu böhran nizamlandıqdan sonra Ağ Evin birbaşa hədəfi ABŞ-ın əsas beynəlxalq rəqibi Çin olacaq.
Deməli, əgər, ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çinin neytral qalma ehtimalı yoxdur. Və Çin bu savaşda Şimali Koreyanın yanında yer almalı olacaq. Üstəlik, sıraya Şimali Koreya böhranına eyni məntiqlə və hərbi-siyasi hesablama ilə yanaşan Rusiyanı da əlavə etmək olar.xa0
Yəni Kremlin də Rusiyanın Uzaq Şərq sərhədlərində yaşana biləcək dağıdıcı bir savaşa biganə və ya seyrçi qalması mümkün deyil. Və Rusiyanın Şimali Koreyanın tərəfində olmaqla, savaşa girmək məcburiyyətində qalacağı tamamilə inandırıcıdır.
Bu savaşda ABŞ-ın müttəfiqlərinin isə ilk mərhələdə Cənubi Koreya və Yaponiyanın ola biləcəyi qətiyyən şübhə doğurmur. Savaşın sonrakı mərhələsindəsə, ABŞ-ın hərbi əməliyyatlara qatılacaq müttəfiqləri sırasında NATO dövlətlərinin yer almalı olacaqları tamamilə real ehtimaldır.
Bu savaş ssenari isə III dünya müharibəsinin “Yol xəritəsi”x9d məzmununu daşıyır.

Əlbəttə ki, dünyanın belə bir savaşın içinə sürüklənməsi ilk baxışdan ağılsızlıq kimi görünür. Əslində, dünya tarixində yer alan hər hansı bir savaşın ağılla bağlılığını sübut edəcək əsaslar yoxdur. Bütün savaşlar zatən acgözlüyə, qəddarlığa, özünəvurğunluğa yol açan ağılsızlığın nəticəsi olaraq, törəyib.
Bu dəfə ağılın, yoxsa, ağılsızlığın qalib gələcəyi hələlik məlum deyil. Çünki indiki halda qarşıduran tərəflər bir-birinə güc nümayişini davam etdirirlər. Və ənənəvi “güc varsa, ağıla ehtiyac yoxdur”x9d prinsipi ön plana keçərsə, bu güc nümayişi bir gün, nə vaxt bitəcəyi, nə ilə nəticələnəcəyi qeyri-müəyyən olan III dünya savaşının başlanmasına səbəb olar.
Düzdür, hadisələrin belə inkişaf perspektivlərini qeyri-real hesab etmək haqqımız da var. Ancaq unutmamalıyıq ki, buna qədər I və II dünya savaşları da yaşanıb. Və hər ikisinin başlanma səbəbləri sırasında ağılsızlıq faktoru ağır basır. Bu baxımdan, I və II dünya savaşları məlum səbəblərdən baş veribsə, deməli, nə vaxtsa III dünya müharibəsi də baş verə bilər.
Hələliksə, daha çox iki qorxulu “zarafat ustası”x9dnın ”“ D.Tramp və Kim Çen İnin dəlləkləri arasında bir rəqabətin və ya səhnəarxası savaşın getdiyini də düşünmək olar. Çünki bu iki dəllək öz dövlətlərinin liderlərinin saç düzümünü digərindən daha ekstrovoqant etmək üçün yarışa girişmiş kimi görünürlər.
Əlbəttə, ABŞ-Şimali Koreya qarşıdurması yalnız bu “iki dəlləyin savaşı”x9d məzmununda qalmış olsaydı, bütün dünya bundan məmnun olardı. Ancaq narahatlıq doğuran odur ki, hər iki dəlləyin liderlərinin əlində atom və hidrogen bombaları kimi qorxunc sulahlar var.(musavat.com)





























































































