İsveçin ən böyük akvaparkında güclü partlayış olub - VİDEO

İsveçin ən böyük akvaparkında güclü partlayış olub - VİDEO

Hazırda oxunan: İsveçin ən böyük akvaparkında güclü partlayış olub - VİDEO
177833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveçdə ölkənin ən böyük akvaparkında güclü partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində Höteburqda İsveçin ən böyük Liseberq əyləncə mərkəzinin su kompleksinin ərazisində yanğın baş verib.

Qeyd olunur ki, yanğın binadan kənarda yerləşən attraksionlardan birində baş verib, daha sonra alov bütün kompleksi əhatə edib. 
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Yaxınlıqda olan şəxslər ərazidən təxliyə edilib.

Hazırda yanğınsöndürənlər yanğını lokallaşdırır və hadisənin səbəbləri müəyyənləşdirilir. 

Partlayışla  bağlı cinayət işi başlanıb.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO