Ortada prezidentlər, nazirlər, xa0ali ruhanilər, şeyxlər, müctəhidlər və s.-dən ibarət xa0FETÖ-dan da dəhşətli bir xa0xaos şəbəkəsi var...
Amerikadakı seçkiqabağı kampaniyanın iki əsas qəhrəmanı var: kişi (!) Donald Tramp və qadın (!) Hillari Klinton... Bu iki şəxs nəinki ABŞ-ın, faktiki olaraq bütün dünyanın idarəedici qurumlarından birinin rəhbərliyinə namizədlərdir. xa0Nədən ki, Ağ Ev rəhbərlərinin verdiyi hər bir qərar yer üzündəki ictimai-siyasi, iqtisadi, hərbi və s. proseslərə təsirsiz ötüşmür. Bu gün həm Amerika daxilində, həm də digər dünya ölkələrində siyasi olaylarla maraqlanan “ağlı başında olan”x9d hər kəs Trampın seçilməsinin qəti əleyhinədir. Çünki onun xa0nitq, jest və hərəkətləri bir insan kimi xarakterini, bir super dövlətin lideri olduğu halda planeti nə hala sala biləcəyini dərhal biruzə verir. Özünün aqressiya dolu çıxışlarıyla D.Tramp xa0daha çox Amerikadakı və ümumiyyətlə, cəmi müsəlmanların nifrətini qazanıb. Belə çıxır ki, H.Klinton müsəlmanlara rəğbətlə yanaşan bir siyasətçidir və düşünən(!) müsəlman məhz bu namizədə dəstək verməlidir. xa0
Moderator.az-ın xa0aparıcı xüsusi xidmət xa0orqanlarının məlumat bazalarına çıxışı olan məxfi ekspert-konspiroloqu xa0hesab edir ki, əslində H.Klintonun hakimiyyətə gəlişi yalnız müsəlmanlar üçün yox, bütövlükdə bəşəriyyyət üçün daha böyük təhlükədir...xa0

-Siz hansı əsasla bu qənaətə gəlmisiniz?
- Əslində bunlara “seçkiqabağı kampaniya”x9d yox, “seçkiöncəsi manipulyasiya”x9d desək, daha doğru olar. İnsanları seçki prosesinə cəlb etmək üçün supergüclərin təlxəyi, klounu rolunu oynayan və Ağ Evin hansısa dövlətə qarşı rəsmən deyə bilmədiyini dolayısıyla açıqlayan xa0D.Trampın açıq çıxışlarına rəğmən H.Klinton gizli və hiyləgər planlara malikdir. Burada Şeyx Şamilin kəlamı yada düşür: ”x9dƏn təhlükəli düşmən dost cildində olan düşməndir”x9d. Keçmiş dövlət katibinin kimliyini müəyyən etmək üçün onun dövlət katibi kimi hakimiyyətdə olduğu dövrdə (2009-2013) Amerikanın, Pentaqonun bəşəriyyətə və xüsusilə, İslam dünyasına qarşı törətdiklərini yada salmaq kifayətdir. Yalnız 2011-ci ildən Misirdən, Əlcəzairdən başlanan “Ərəb baharı”x9d, Liviya və Suriyanı bu günədək dəhşətli xaos içində saxlayan əcaib üsyanları yada salmaq yetərlidir. Və bunlar hələ üzdə olan proseslərdir.xa0

Son məlumatlara görə, Hillari Klintonu dünəndən bu günə himayə edən Rokfellerlərdir. Bu transmilli sələmçi bankir-oliqarx şəbəkəsi ABŞ-ın və dolların dünyadakı hegemonluğunu hər vasitə ilə qoruyub saxlamağa çalışır. Onların xa0oxşar tipli rəqibi, amma yeri gələndə müttəfiqi olan Rotşildlər isə əksinə, nəinki Amerikanı, bütün dünyadakı dövlətçilik sistemlərini çökürtmək və planeti bütövlükdə xaosa bələməklə yönəltmək məqsədi güdür. Odur ki, Rotşildlər xa0daha radikal, “hər xa0yetənə daş atan”x9d xa0respublikaçı namizədə - D.Trampa “stavka”x9d edirlər. xa0Yəni, bununla ABŞ-ın sonuna çıxmaq fikrindədirlər. Bir sıra siyasətçilərin “Tramp Amerikanın son prezidenti olacaq”x9d ifadəsi də təsadüfi deyil. Rokfellerləri ABŞ-ın xa0Hərbi Sənaye Kompleksinin əksər hissəsi, iri bankirlər, iqtiasadçı və s. dəstəkləyirsə, Rotşildlərin əlində daha kəskin bir silah da var: “WikiLeaks”x9d. Bu “məğlubedilməz”x9d sayt hələ prezidentliyə namizəd olmamışdan öncədən Hillari Klintonu “vurmağa”x9d başlayıb. Bu günlərdə isə xa0H.Klintonun dövlət katibi olduğu dövrdə (2009-2013) “İŞİD”x9d-ə xa0və “Əl-Qaidə”x9dyə dəstək verməsi xa0barədə “sensasion”x9d yazışmalar əldə edildi... Ancaq sabiq dövlət katibinin supergüclərin himayəsi altında həyata keçirdiyi xa0elə məxfi əməlləri var ki, “WikiLeaks”x9dsin rəhbəri Assanjs, yaxud xa0“Rusiyaya satılımış”x9d MKİ agenti Edvard Snoudenin bunlardan ya xəbərləri yoxdur, ya da bilərəkdən bu barədə susurlar. O da var ki, hər iki “odda yanmaz-suda batmaz”x9d məxfi məlumatlar dağarcığı ağalarının əmri olmadan hər şeyi bilə bilməz və hər bildiklərinin danışa, paylaşa bilməzlər...

- Bəs Klintonun hansı gizli planları var?
-Əldə etdiyimiz informasiyaya görə, keçmiş dövlət katibinin əsas planı İslam dünyasının parçalanmasını tamamlamağa yönəlib. Hazırda dünyanın heç xa0bir aparıcı saytında bu barədə informasiya yoxdur. Ancaq mötəbər mənbələrə əsasən Klintonun planı həqiqətən mövcuddur və onun çox qəribə adı var:”x9d Kerbela vs Mekka”x9d. İngiliscədən tərcümədə bu,”x9dMəkkə əvəzinə Kərbəla”x9d deməkdir...

- Planın mahiyyəti sizə məlumdurmu?
- Bəli. Planın adı artıq çox şeyi açıqlayır: ”x9dMəkkə əvəzinə Kərbəla...”x9d Nə deməkdir bu? Söhbət Qurani-Kərimdə Allahın vacib buyurduğu Həcc ziyarətinin hədəfi olan cəmi müsəlmanların ən müqəddəs şəhəri - Məkkənin bir qisim möminin şüurunda xa0Kərbəla ilə əvəzlənməsi cəhdindən gedir. Əslində bu məkrli və iyrənc planın kökü XVIII əsrdə xa0Böyük Britaniya Krallığının İslam dünyasını parçalamaq üçün hazırladığı 1000 səhifəlik yüzillik proqramının tərkib hissəsi və davamıdır. Bəşər və İslam düşmənləri o zaman xa0sona çatdıra bilmədiklərini xa0bu gün tamamlamaq əzmindədirlər. Son olaylara diqqət edin: 2015-ci ilin Həcc ziyarəti ərəfəsində Məkkədə gah nəhəng tikinti kranı aşıb məscidi uçurdu, gah xa0dəhşətli tıxac, basabas yarandı, xa0gah da otel yandı. Nəticədə zəvvarlardan yüzlərlə xa0həlak olan, minlərlə xa0yaralanan oldu. Sonda isə bilindi ki, ölən və yaralananların əksəriyyəti iranlıdır. Niyə məhz iranlı? Bu təsadüf idimi? Xeyr. Bu, MKİ, MOSSAD, Mİ-6 vasitəsilə xa0hazırlanmış ssenarinin tərkib hissəsi idi. Daha irəli gedən strateji məqsəd, ümumiyyətlə, müsəlmanları Həcc ziyarətinə gəlməkdən çəkindirmək idisə, yaxın planlı taktiki məqsəd İranla Səudiyyə Ərəbistanı arasındakı ziddiyyətləri son həddədək gərginləşdirmək idi... Onsuz da 2011-ci ildə Suriyada körüklənən xa0daxili qarşıdurmalardan bu xa0gərginlik artmaqda idi. 2015-ci ildə başlanan Yəmən savaşları isə iki müsəlman ölkəsini üçüncü İslam ölkəsinin ərazisində faktiki hərbi qarşıdurmaya gətirməklə gərginliyi zirvəyə doğru aparmaqdadır. Əslində xa0təməllərindən İslam adıyla, amma İslama zidd bir sıra əsaslarla qurulmuş hər iki dövlətin toqquşacağı, daha doğrusu, toqquşdurulacağı labüd idi... Daha açıq desək, bu qlobal siyasi teatr səhnəsində şiə müsəlmanların himayəçisi rolunda İran, sünni müsəlmanların arxası rolunda isəxa0Səudiyyə Krallığı çıxış edir...

- Belə çıxır ki, Hillari Klintonun kuratoru olduğu planda əsas məqsəd İran-Səudiyyə qarşıdurmasını birbaşa qarşılıqlı hərbi toqquşmaya, müharibəyə çatdırmaqdır. Bunun üçün də şiələrin birbaşa və dolayısıyla Məkkəyə, yəni Həccə yolunu kəsmək və onları Kərbəlanı ziyarət etməklə xa0bu vacib əməli əvəzləmələrinə inandırmaq gərəkdir...

- Bəli. Bundan sonra Məkkə qırğınlarıyla İran rəhbərliyinın əlinə "kozır" verildi ki, xa0təhlükəsizliyi bəhanə edib ölkədəki şiə müsəlmanların Həccə getməsinə qadağa qoyulsun. “Hizbullah”x9d da İrandan nümunə götürərək Livandakı tərəfdarlarına eyni göstərişi verdi. Müsəlmanlara Quranda vacib buyurulan bir əmrin icrasına əngəl olmağın şəriət baxımından nə dərəcədə xa0dürüst olub-olmadığını qoy İslam alimləri müəyyən etsinlər. Həmçinin şiələrə xa0“kafirlər Məkkəni murdarlayıb və oranın yolunu kəsib, ona görə Kərbəla bizə kifayətdir”x9d xa0kimi düşüncələr aşıalamağa xa0şərait yarandı. Digər tərəfdən isə Ərəbistana xa0sünniləri və özlərini onlara “yaxın”x9d kimi sırıyan vəhabiləri də xa0“görürsüz, şiələr kafirliklərini isbatladılar”x9d, daha Həcci vacib saymırlar, bidət olaraq özlərinə yeni “Həcc”x9d icad ediblər, Allahın, Quranın, Peyğəmbərin(s) əleyihinə gedirlər...”x9d düşüncələriylə şiələrə qarşı tam radikallaşdırmaq xa0üçün “əsas”x9d verildi. Və Bütün bunların xa0İslam coğrafiyasında xa0hansı bir xaotik bir qarşıdurmaya gətirib çıxaracağını təsəvvür etmək çətin deyil... Türkiyə, İran və Səudiiyyə Ərəbistanın da xa0neçə-neçə parçalara bölünməlidir...

- Axı bu günlərdə məlum oldu ki, Hillari Klinton hələ 2013-cü ildə dövlət katibi olarkən Səudiyyə Ərəbistanını ekstremizmə meydan verməkdə günahlandırmışdı?
- Siyasətdə hər deyilən sözün arxasında xa0həqiqət dayansaydı, dünya düzələrdi ki...Bunlar hamısı yenə də manipulyasiyadı. Digər tərəfdən, “WikiLeaks”x9din ortaya çıxardığı həmin Klintonun “Əl-Qaidə”x9dyə və “İŞİD”x9d-ə silah və xa0digər vasitələrlə dəstək verməsi də onun əməllərinin sözlərinə tam zidd olduğunu təsdiqləyir. Onu da deyim ki, xa0Klinton sadəcə icraçıdır. Bu planın arxasında Rokfeller və Rotşldlərdən də böyük güclər durur. Bu haqda növbəti söhbətlərimizdə bəhs edərik. ABŞ-ın son illər nüvə enerjisi məsələsində rəsmi Tehranla uzlaşması da, guya Səudiyyə Krallığıyla müəyyən məsələlərdə aralarında ziddiyyət yaranması, Yəmən və Suriyada münaqişənin uzadılması xa0və s. eyni planın tərkib hissəsidir. Diqqət edirsizmi xa0İraq savaşı başladığı ilk vaxtlarda müsəlmanlar Həcc, eləcə də xa0Kərbəla ziyarətinə getməkdə xa0əngəllərlə üzləşirdilər. xa0Sonradan bu əngəllər tədricən aradan qalxdı. “İŞİD”x9d də xa0bir müddət Kərbəla ətrafında döyüşlər apardı. Lakin bu günlər Kərbəlaya gedib-gəlmək o qədər də çətinlik törətmir. İrandan, eləcə də Azərbaycandan şiələr xa0bu ziyarətə əvvəlkindən də xa0böyük həvəslə yollanırlar. Azərbaycandan da Kərbəlaya hətta piyada xa0yollanan qruplar da xeylidir... Bu yandan isə Yəməndə vəziyyət daha da gərginləşir. Ərəbistan ordusu matəm mərasimini bombalayır, 200-dən çox müsəlman şəhid olur. Yəməndən isə husilər Məkkə istiqamətinə ballistik raket buraxır... Əslində Məkkə də, Kərbəla da hər tərəfdən mühasirəyə alınır... Və bütün bunlar artıq dünyaya sünni-şiə qarşıdurması kimi təqdim edilməkdədir. Müsəlmanlar yaşayan hər yerdə bu zəmindəki ziddiyyətləri silahlı toqquşmalar müstəvisinə keçirməyə cəhdlər xa0də aydın nəzərə çarpır. Bu günlərdə Moskva Cümə məscidində vəhhabi hesab edilən şəxslərin İmam Hüseyn(ə) yas tutan azərbaycanlı müsəlmanlara hücum etməsi də bu prosesin simptomlarındandır...xa0

- Bəs Türkiyəyə meydan oxuyan FETÖ bu planın harasındadır?
- Bu da İslam-Türk xa0dünyasına qarşı aparılan paralel bir prosesin tərkib hissəsidir. xa0Amma əsasən İslamın türk dünyasındakı dayaqlarını masonlaşdırmağa yönəlmiş FETÖ Türkiyədə məğlub olsa da, Fətullah Gülənin əliylə qatılan xəmir hələ çox su aparacaq... Onu da deyim ki, “Kerbela vs Mekka”x9d planının icraçılar şəbəkəsi daha yüksək səviyyəldir. Burada söhbət prezidentlərdən, nazirlərdən, ali ruhanilərdən, şeyxlərdən, müftilərdən, müctəhidlərdən gedir...

- Deyilənlərdən aydın olur ki, xa0Klintonun planı uğurla davam etdirilir. Deməli, “Kerbala vs Mekka”x9d planının xa0sona çatdırılması üçün onun hakimiyyətə gətirilməsi də vacibdir...
- Əlbəttə. Bütün xəstəlik-filan hoqqalarına rəğmən Hillari xanımın hakimiyyətə gəlmək şansları böyükdür. İslama qarşı yönəlmiş sözügedən müdhiş plandan əlavə, onun öhdəsinə daha bir məsələdə qoyulub: Rokfellerlərin 40 ildən çoxdur ki, yürütdüyü feminizasiya-qadınlaşma siyasətini daha da gücləndirmək... Bunun üçün ABŞ-da ilk dəfə qadın prezident seçilməlidir ki, bu dövlət xa0bir daha“demokratiya beşiyi”x9d olduğunu təsdiqləsin. Necə ki, “müsəlman mənşəli”x9d xa0qaradərili xa0Hüseyn(!) Barak Obamanı iki dəfə ardıcıl prezident seçməklə “nümunə”x9d göstərilmişdi... xa0İndi də qadınlara, transseksual azlıqlara daha geniş meydan verməklə bəşəriyyəti cinsiyyəti, milliyyəti, dini xa0məlum olmayan amorf bir kütləyə çevirmək proqramı işə düşməlidir. Bu günlərdə Trampa məhz qadınlarla bağlı çıxışına görə edilən xa0basqılar da təsadüfi deyil...

- Bəs belə bir xa0şəraitdə müsəlmanların çıxış yolu nədədir?
-Bu xaosdan xa0uzaq durmaq və onu durdurmaq üçün əsas iki vasitə var: nisbətən sabit müsəlman ölkələrində iqtisadiyyat gücləndirilməli, xalqın rifah halı yüksəldilməli, xa0geniş dini maarifləndirmə işləri aparılmalı, insanlar uşaqlıqdan İslamın əsaslarına yiyələnməlidirlər ki, radikal qrupların təsiri altına düşməsinlər. Xüsusən bu Məhərrəmilik xa0mərasimləri günlərində hər bir vətəndaş, hər bir müsəlman ayıq-sayıq olmalı, təxribatlara uymamalıdır...
Sultan Laçınxa0








































































































