ABŞ-da peşə adlarından

ABŞ-da peşə adlarından "man" sözü çıxarılır

Hazırda oxunan: ABŞ-da peşə adlarından "man" sözü çıxarılır

140594
Engineman? (motorçu) Yeoman? (starşina)”¦ Tələsmə. Artıq qadınlara ABŞ-ın Hərbi Dəniz Qüvvələrində (HDQ) və Dəniz piyadaları korpusunda işləmək imkanı verildikdə bir sıra peşə adlarından “man”x9d (kişi) sözü çıxarılacaq. Bu, məna etibarı ilə dolğun olacaq və gender neytrallığını qoruyacaq.

"Fireman" (yanğınsöndürən) "firefighter"-ə (yanğınla mübarizə aparan) çevriləcək  və "policeman" (polis)  "police officer" (polis əməkdaşı) olacaq.  “Engineman”x9d (çilingər) “engine technician”x9d (mühərrik üzrə mütəxəssis) və “yeoman”x9d (starşina) sözü “administrative specialist”x9dlə (inzibatçı mütəxəssis) əvəzlənə bilər.

Hərbi Dəniz Donanması (HDD) katibi Ray Mabus müsahibəsində deyib: “Bu, bizim hərbi gücümüzün artması yolunda daha bir addımdır. Bizim hərbi gücümüz fərqlidir və inkişaf edir. Mən inanıram ki, o daha güclü və daha yaxşıdır”x9d.

Bəzi Ordu və Hərbi Hava Qüvvələri xidmətlərində rütbə adları da “man”x9d ilə tamamlanır. Amma bu ordu xidmətləri həmin adları dəyişdirməyəcək. Bəzi adların tarixi baxımdan saxlanılması vacibdir. İndi diqqətdə olan şey vəzifənin necə adlandırılmasından daha çox, qadınların bu işlərə cəlb edilməsidir ”“hər iki ordu xidməti bu fikirdədir.

Müdafiə naziri Ash Carter dekabrda bildirib ki, HDQ və Yaşıl Beretlər Ordusu (YBO) kimi xüsusi əməliyyat qüvvələri və Dəniz Korpusu da daxil olmaqla hərb sahəsində qadınlara iş yerləri açacaqlar.

Rod-Aylendə səfəri zamanı Associated Press Carterdən iş adlarından “man”x9d sonluqlarının hərbçilər arasında da dəyişdirilməsi ilə bağlı sual verib. Carter o zaman “qadınlar üçün iş yerlərinin açılmasının üstünlüklərindən”x9d danışıb.

Müdafiə naziri əlavə edib ki, tələsik hərəkət etmək tərəfdarı deyil. Amma bəzi “man”x9d ilə bitən vəzifə adlarında dəyişiklikləri müzakirə etmək olar.

Ray Mabus yanvarda Hərbi Dəniz Donanması və dənizçilik adlarında gözdənkeçirmə aparmağı təklif edir. Hərbi dənizçilik sahəsində 20-yə qədər, dəniz piyadalarında isə “man”x9d ilə bitən təxminən 10 belə iş adı var.

Mabus istəyir ki, iş adları görülən işin və bu işi görəni daha dəqiq təsvir etsin.

“Ümumilikdə baxanda bu elə də vacib görünməsə də, dənizçilər və dəniz piyadaları öz aralarında bir-birlərini adlandıranda adlar daha böyük əhəmiyyət kəsb edir”x9d.

Xidmətlərin məsləhətlərini araşdıran Mabus deyir ki, dəyişikliklər yaza gözlənilir.

Bəzi xüsusi adlar əvvəlki kimi qalacaq, qalan dəyişikliklər iş haqqında anlayışı asanlaşdıracaq. Hərbdən kənarda dənizçilər və dəniz piyadaları sivil həyatda iş axtaranda bu onlara kömək edəcək.

Mabus misal gətirib: “Məsələn, çox az sivil vətəndaş bilir ki, hospital corpsman (sanitar) nə edir. “Tibb işçisi”x9dni və ya “təcili tibbi yardım əməkdaşı”x9dnı “Corpsman”x9d adlandıra bilərik. Necə ki, "messman" əvvəllər “aşbaz”x9dla əvəz olunub”x9d.

Qadın starşina (yeoman) Hərbi Dəniz Donanmasının yüksək çinli məmuruna bildirib ki, “inzibati mütəxəssis”x9d “yeoman”x9ddan daha yaxşıdır.

HDD-nın ehtiyatda olan kapitanı Lory Manning deyir ki, bir çox adları asanlıqla əvəz etmək olar və bunlar indi rəsmən həyata keçirilməlidir.

Qadın Fəaliyyəti Şəbəkəsi Xidmətinin baş elmi işçisi Manning deyir: “Artıq “qadın”x9d kimi fərqləndirici deyimləri tullamaq lazımdır. Biz müraciətdə cinsi nəzərə almırıq. Sən yalnız insaniyyətin bir parçasısan. Ancaq sözün sonunda “man”x9d eşidəndə təsəvvürdə kişi canlanır”x9d,

Ordu təmsilçisi polkovnik-leytenant Jerry Pionk bildirir ki, bu deyilənlər qoyulan tapşırıqların yerinə yetirilməsinə kömək edəcəksə, onun xidməti bu dəyişiklikləri gözdən keçirməyə hazırdır. Onun qənaətincə, daha çətini odur ki, ordu bu yayın axırlarında piyada hissələr də daxil olmaqla cəbhə xəttindəki hərbi istiqamətlərdə ilk qadın əsgərlərə təlim keçməyə başlayacaq.

Ancaq Pionk əlavə edir ki, əsrlər boyu Piyadalar (Infantrymen) döyüş meydanlarında xalqın düşmənlərini əziblər və “onlarla bağlı çoxlu emosional fikirlər var”x9d.

Milli atıcılıq muzeyinin direktoru Frank Hanner deyir: “Bizi necə adlandırmaqlarından asılı olmayaraq öz işimizi edəcəyik”x9d.

Bununla belə, Hərbi Hava Qüvvələri kapitanı Brooke Brzozowske indiki zamanda HHQ-də vəzifə adlarının nəzərdən keçirilməsinin gündəlikdə olmadığını bildirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO