Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu

Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu

Hazırda oxunan: Qazaxıstandakı silahlı hücumda iştirak edənlərin hamısı tutuldu

140523
İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində hücumda iştirak edənlərin hamısı neytrallaşdırılıb və onlardakı bütün silahlar götürülüb.

İTAR-TASS-a  bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Kyanışbayev, Tanatarov və Akpanbetov saxlanılıblar. Akpanbetov qaçmağa cəhd edərkən ayağından yaralanıb”x9d, - deyə məlumatda bildirilir.

Məlumatda o da vurğulanır ki, cinayətkarlardan iyunun 5-də “Pallada”x9d mağazasından oğurlanmış 2 ədəd silah götürülüb.

Qeyd edək ki, iyunun 5-də bir qrup naməlum şəxs Aktobe şəhərində iki silah mağazasına və şəhərdəki hərbi hissəyə hücum edib. Şəhərdə antiterror rejimi elan edilib. 

Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 7 nəfər öldürülüb.(Virtualaz.org )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO