Ermənistanın xarici dövlət borcu 4, 5 mlrd. dollara çatıb.
xa0
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə nazirinin müavini Atom Cancuqazyan ölkə parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2016-ci ilin birinci rübünün yekunlarına əsasən Ermənistanın xarici dövlət borcu 4 mlrd, 406 mln dollara çatıb.
“Bunun 3 mlrd. 915 mln dolları hökumətin, qalan hissəsi isə Mərkəzi Bankın payına düşür.
Nazir müavini deyib ki, 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin kəsirini bağlamaq üçün 13,7 mlrd. dram (hardasasa 20 mln dollar-red) xarici kredit alınıb.

































































































