
- A-
- A
- A+
Мир
12:50 / 29.04.2016
2 dəq oxunma
Şimali Koreya liderinin çirkin əyləncə dünyası -13 yaşlı qız uşaqları ilə seks partiləri
Hazırda oxunan: Şimali Koreya liderinin çirkin əyləncə dünyası -13 yaşlı qız uşaqları ilə seks partiləri
134361
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xalqı səfalət içində yaşasa da özü lüks həyat tərzi keçirən Şimali Koreya diktatoru Kim Yonqun özünə "seks kölələri bölüyü" yaradaraq partilər təşkil etdirdiyi ortaya çıxıb.
İngiltərə mediasındakı xəbərə görə Şimali Koreya lideri atası tərəfindən başladılan ənənəni yenidən "canlandırıb". "Kippumjo" olaraq adlanan seks kölələri bölüyü Şimali Koreya dövlət böyüklərinin "ehtiyaclarını" təmin edir. Həmin qruplara məktəblərdən 13 yaşlı qızların cəlb edildiyi iddialar arasında yer alır. Həmin iddialar Şimali Koreyadan qaçıb Cənubi Koreyaya sığınmış yüksək çinli vəzifəlilər tərəfindən irəli sürülüb.
"MƏKTƏBDƏN APARDILAR"
2010-cu ildə bir qadın da cənuba qaçdıqdan sonra "Marice Claire" jurnalına bu haqda danışmışdı:
"15 yaşında ikən məktəbdən bilmədiyim bir yerə aparıldım və məndən indiyədək kimləsə intim münasibətimin olub-olmadığını soruşdular".
Kim Yong-Un atasına 10 il xidmət edən xidmətçi qadın bir müddət öncə verdiyi açıqlamada isə Şimali Koreya liderinin ondan heç vaxt intim münasibət tələb etmədiyi bildirmişdi.
"VƏHŞİ SEKS PARTİLƏRİ" TƏŞKİL EDİRLƏR
Bir çox mənbələr müəmmalı ölkənin yüksək vəzifə sahiblərinin "vəhşi seks partiləri" təşkil etdiyindən bəhs edir.
Kim Yong-Un rəhbər olduğu 2011-ci ildə "Kippumjo" adlanan bölüyü dağıtdığı deyilirdi. Ancaq daha sonra Şimali Koreya liderin atasının ənənəssini yenidən "alovlandırıb". Seks kölələrinin Pyonqyonqda onlar üçün təsis edilmiş xüsusi bir oteldə yaşadığı və xüsusi seks kursları keçdikləri mənbə tərəfindən qeyd edilir.
Qeyd edək ki, Şimali Koreya diktatoru Kim Yonq-Un evlidir və bir övladı var.(Ölkə.Az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































