“Moskva Qarabağ münaqişəsində erməniyönümlü mövqe tutmayacaq”x9d

“Moskva Qarabağ münaqişəsində erməniyönümlü mövqe tutmayacaq”x9d

Hazırda oxunan: “Moskva Qarabağ münaqişəsində erməniyönümlü mövqe tutmayacaq”x9d
131433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin kəskinləşməsiylə əlaqədar bəzi Rusiya kütləvi informasiya vasitələrində anti-Azərbaycan kampaniyası qızışıb. Fikrimcə, bunun heç bir əsası yoxdur. Yeri gəlmişkən, demək lazımdır ki, bəzi kanallar məsələyə nisbətən neytral mövqe nümayiş etdiriblər və Qarabağ münaqişəsini ehtiyatla işıqlandırıblar. Və bu təəccüblü deyil, axı Azərbaycan bir çox beynəlxalq məsələlərdə Rusiya üçün ciddi tərəfdaşdır”x9d.

Bunu virtualaz.org-a rusiyalı jurnalist-analitik Yevgeni Mixaylov bildirib.

O, qeyd edib ki, Rusiya Azərbaycana silah satışını Ermənistan kimi borc və ya hədiyyə kimi deyil, real pul qarşılığında həyata keçirir. Rusiya rəhbərliyinin mövqeyi aydındır, onlar erməni diasporasının maliyyə nəzarəti altında olan bəzi KİV-ə qarşı aktiv əks-təbliğat aparıblar.

Mixaylov həmçinin erməni tərəfinin D.Medvedyev və onun komandası haqqında dediklərinin heç nə ilə əsaslandırılmadığını bildirib: "Avropa Şurasında Azərbaycan prezidenti İlham Əliyevin fikiri mənim xoşuma gəldi. O bildirdi ki, dünyada bir Ermənistanın olması kifayətdir və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Əliyev həmçinin qeyd etdi ki, Qarabağ münaqişəsi gec-tez dünya ictimaiyyətinin, o cümlədən, Rusiyanın köməyi ilə öz həllini tapacaq. Rusiya bu məsələdə düzgün siyasət aparır. Ermənistan bizi Azərbaycanla münaqişəyə çəkə bilməyəcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO