İŞİD terror qruplaşmasının üzvləri Avropada yeni terror aktları törətməyə hazırlaşırlar və planlaşdırılan terror aktları müxtəlif hazırlıq mərhələsindədir. APA-nın xəbərinə görə, bunu CNN telekanalı ABŞ-dakı mənbələrinə istinadən məlumat yayıb.
xa0
Kəşfiyyatın son bir neçə ayda əldə etdiyi məlumata əsasən, İŞİD silahlıları hücum etmək üçün Avropada bir neçə hədəf müəyyən ediblər.
xa0
Məlumata görə, terrorçular təxmini vaxtı və məkanı məlum olunan bir neçə hücumu həyata keçirə bilməyiblər, lakin, kəşfiyyatçıların sözlərinə görə, İŞİD üzvləri planlarının pozulduğu hallarda çeviklikləri ilə fərqlənirlər. xa0xa0
xa0 xa0xa0
“Onların Avropada hərəkət etməsi barədə faktlar var, onlar hələlik qərara gəlməyiblər və hazırda yeni hücuma hazırlaşırlar”x9d, - xa0deyə mənbə bildirib.






























































































