“Zaman”x9d Ərdoğanın fotosu ilə dərc edildi

“Zaman”x9d Ərdoğanın fotosu ilə dərc edildi

Hazırda oxunan: “Zaman”x9d Ərdoğanın fotosu ilə dərc edildi

125268
Bazar günü, martın 6-da Türkiyənin “Zaman”x9d qəzeti hökumətyönlü məqalələrlə çapdan çıxıb. Bu, qəzetin hökumət qüvvələri tərəfindən tutulmasından sonra ilk buraxılışı idi.

Moderator.az azadliq.org-a istinadən xəbər verir ki, qəzetin ilk səhifəsində prezident Rəcəb Tayyib Ərdoğanın şəkli və onun barəsində iki məqalə yer alıb.

Martın 4-də polis qəzetin ofisini zəbt edib. Belə ki, məhkəmə qəzetin inzibatçılar tərəfindən idarə olunması barədə qərar çıxarıb.

“Zaman”x9d Ərdoğanın düşməni sayılan, ABŞ-da yaşayan ilahiyyatçı Fəthullah Gulənlə əlaqələndirilir. Polis Gulən hərəkatına qarşı terrorçuluq ittihamlarını araşdırır, qəzetlə bağlı məhkəmə qərarı da prokurorun xahişilə çıxarılıb.

Martın 5-də İstanbulda 500-də nümayişçi qəzetin zəbtinə etiraz aksiyası keçirib, polis onları gözyaşardıcı qaz, su şırnağıyla dağıdıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO