Rusiya Suriyada 17 uşaq öldürdü...

Rusiya Suriyada 17 uşaq öldürdü...

Hazırda oxunan: Rusiya Suriyada 17 uşaq öldürdü...

124460
Rusiya hərbi təyyarələrinin Suriya ərazilərini bombalaması nəticəsində 17-si uşaq olmaqla 93 dinc sakin həyatını itirib.

Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiya qırıcılarının bombaladığı şəhərlər arasında Suriyanın Hələb, Dəra, Hama, İdlib, Lazkiye, Türkməndağı, Kürtdağı, Dəməşq, Humus, Harben Nefse, Telbisse, Sahl əl-Gab, Həyyam, Kəfər Hamra və Doğu Guta şəhərləri də var. Ümumiyyətlə, ötən gün Rusiya təyyarələri müxalifətin nəzarəti altında olan bölgələri 138 dəfə bombalayıb.

Terrorçu PKK-nın Suriyadakı qolları - "PYD" və "YPG" də qurudan müxalifətin nəzarəti altında olan Atme və Kastillo bölgələrinə, Bəşər Əsədə bağlı silahlılar isə ölkənin Türkməndağı, Obin, Acebayır və İdlib rayonlarına qurudan hücum ediblər.

Qeyd edək ki, Suriya İnsan Haqları Şəbəkəsinin hesabatına əsasən, fevralda 182-si qadın, 110-u uşaq olmaqla 651 dinc sakin həyatını itirib. Onların 31-nin işgəncə verilərək öldürüldüyü bildirilib.

Xatırladaq ki, fevralın 27-dən Suriyada atəşkəs rejiminin tətbiqinə dair ABŞ-la Rusiya arasında razılıq əldə edilib.(report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO