Bəşər Əsəd ordusu Türkiyə sərhəddinə yaxınlaşır

Bəşər Əsəd ordusu Türkiyə sərhəddinə yaxınlaşır

Hazırda oxunan: Bəşər Əsəd ordusu Türkiyə sərhəddinə yaxınlaşır
120385
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bəşər Əsəd ordusu Rus və İran hərbçilərinin dəstəyi ilə Türkiyə sərhəddinə yaxınlaşır və sərhəddin 25 km-nə çatıblar.xa0

Moderator.az "Röyter"ə istinadən xəbər verir ki, Bəşər Əsəd ordusu göydən rus bombardmançılarının və qurudan İran döyüşçülərinin dəstəyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Türkiyə sərhəddinin 25 km-nə yaxınlaşıb. Quruda həyata keçirilən hərbi əməliyyatlarda rus qoşunlarının da iştirakı bildirilir. Xüsusən də çeçen xüsusi təyinatlılarının Əsəd qoşunlarının tərkibində Hələb ətrafındakı döyüşlərdə aktiv iştirakı barədə məlumatlar daxil olur. Hələbin mühasirəyə alınmasında əsasən iranlı hərbçilərin müstəsna rola malik olduğu qeyd olunur.

Əsəd rejiminə müxalif döyüşçü dəstəsinin komandirlərindən olan Abdul Rəhim əl-Dacavi deyib ki, havadan ruslar bizi bombardman edir, yerdən də ona digər ölkələrin dəstəyi var. “Bizim həyatımız təhlükədədir. Az itki vermək üçün geri çəkilmək zorundayıq”x9d, - A. R Dacavi bildirib.
Türkiyə bununla bağlı ciddi narahatçılığını bildirsə də, NATO və Qərb hələ də gözləmə mövqeyindədir. Sadəcə Rusiyanın hərəkətlərini qınamaqla kifayətlənirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO