Şimali Koreya ABŞ-ı xəritədən silməklə hədələdi

Şimali Koreya ABŞ-ı xəritədən silməklə hədələdi

Hazırda oxunan: Şimali Koreya ABŞ-ı xəritədən silməklə hədələdi

116139
Şimali Koreya ABŞ üçün xüsusi bir gücə malik hidrogen bombası hazırladıqları haqda açıqlama yayaraq ABŞ-ı hədələyib. Şimali Koreya rəhbərliyi açıqlamalarında hazırladıqları hidrogen bombasının ABŞ-ı bir dəfəyə xəritədən silmək gücünə malik olduğunu bildirib.  

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirdiklərini açıqlamışdı. Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA da ordunun tam təchizatlı hidrogen bombası hazırladığını və ABŞ-ı bir dəfəyə yox edə biləcəkləri xəbərini yayıb.  

Şimali Koreya bundan əvvəl də dəfələrlə ABŞ-ı təhdid etmişdi. Ancaq budəfəki təhdid ABŞ-ı müəyyən addımlar atmağa vadar edib. Rəsmi Vaşinqton nüvə silahlarının sınaqdan keçirilməsinin tamamilə qarşısını alacaq diplomatik addımlar atılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. Şimali Koreya rəhbərliyi son illərdə ölkəyə qarşı tətbiq olunan sanksiyalar səbəbilə müdafiə sənayesinə beynəlxalq təşkilatlar tərəfindən nəzarət olunmasına icazə vermir.(modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO