İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

Hazırda oxunan: İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

633629

“Apple”ın 9 sentyabrda keçirəcəyi təqdimatda şirkətin ilk qatlanan smartfonu olan “iPhone Ultra” modelini nümayiş etdirəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, qatlanan “iPhone”un ilin sonuna qədər satışa çıxarılması və ilkin qiymətinin təxminən 2200 avro (təxminən 4300 manat) olması gözlənilir.

Məlumata görə, “iPhone Ultra” kitab kimi açılan daxili və ənənəvi smartfon kimi istifadə edilə bilən xarici ekranla təchiz olunacaq. Cihazın daxili ekranının ölçüsünün 19,8 santimetr, xarici ekranının isə 13,5 santimetr olacağı bildirilir.
 

Smartfonun ümumilikdə dörd kameraya sahib olacağı gözlənilir. Kameralardan ikisinin arxa paneldə, birinin daxili ekranda, digərinin isə ön hissədə yerləşdiriləcəyi bildirilir.


“iPhone Ultra”nın “Apple”ın yeni nəsil A20 Pro prosessorundan istifadə edəcəyi gözlənilir. Yeni çip əvvəlki nəsil A19 Pro ilə müqayisədə təxminən 18 faiz daha sürətli işləyəcək və 30 faiz daha az enerji sərf edəcək.

Eyni prosessorun “Apple”ın yüksəksəviyyəli “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində də istifadə olunacağı gözlənilir.
 

Bu ilin əvvəlində yayılan bəzi görüntülər isə yeni modelin qeyri-adi, asimmetrik ekran künclərinə sahib ola biləcəyinə dair ehtimalları artırıb.


Şirkətin təqdimatda yeni “iPhone” modelindən başqa “Apple Watch Series 12”, “Apple Watch Ultra”, “iPad mini 8” və “AirPods Pro” modellərini də nümayiş etdirəcəyi gözlənilir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO